AZ

"Bəziləri qeyri-ciddi, qeyri-peşəkar fikirlərdir" - Musa Quliyev

"Böyük işlər görülən yerdə nöqsanlar da olacaq. Əsas odur ki, iş var, vətəndaşa qayğı var. Burada səsələnən bəzi fikirlərə münasibət bildirmək lazımdır. Düzdür, bəziləri qeyri-ciddi, qeyri-peşəkar fikirlərdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

"Hər halda münasibət bildirmək lazımdır. Çünki sosial şəbəkələr, saytlar var. Özünüməşğulluq proqramı son illərdə bizim sosial sahədə, aktiv məşğulluğun həyata keçirilməsində ən uğurlu layihələrdən biridir. O uğurlu layihəni nəinki vətəndaşlar, öz həyatında hiss edir, Azərbaycan siyasətçiləri, iqtisadçıları da hiss edir. Özünüməşğulluq proqramı gələn il daxil olmaqla, ümumilikdə 100 min ailəni əhatə edəcək. Dünyada belədir ki, özünüməşğulluq layihəsi əgər son iki il ərzində 50%-in üzərindədirsə, baş tutmuş layihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-in üzərindədir. Əlbəttə 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu, 1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik. O şikayətlərin hamısı araşdırılıb, faktlaşdırılır, videoçəkiliş aparılır. Əgər əldə fakt varsa, onu araşdırmağa göndərmək lazımdır. Amma böyük bir tribunadan qüsurların olduğunu söyləmək və o qüsurların da arxasında fakt yoxdur, hesab edirəm ki, bu, qeyri-ciddi, qeyri-peşəkar, siyasi cəhətdən kamil olmayan yanaşmadır”, - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev

Seçilən
14
6
unikal.az

9Mənbələr