AZ

Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensiala malikdir- ÖZƏL

"Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "Hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsi ölkəmizə davamlı uğurlar qazandırır ki, onların xronologiyasına diqqət yetirmək kifayətdir. Hazırkı dövrün çağırışı isə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə böyük potensiala malik olması imzalanan sənədlərdə özünün aydın ifadəsini tapır. Bərpaolunan enerji potensialı zəngin olan ölkəmizdə 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücünün artırılması sayəsində alternativ enerjinin payının 30 faizə çatdırılması başlıca hədəfdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr