AZ

Qərbi Azərbaycana qayıdış uğrunda mübarizənin yeni mərhələsi başlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qərbi Azərbaycana qayıdış ideyası ümummilli ideyaya çevrilib. Bu gün Qərbi Azərbaycan ideyası 60 milyon azərbaycanlının ideyasıdır"
Oxu.Az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının mətbuat konfransında qurumun sədri Əziz Ələkbərli deyib.
O bildirib ki, artıq Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq hüquqa söykənən cəhətləri müzakirə edilir:
"Keçən il bu istiqamətdə ilk beynəlxalq konfransımızı da keçirdik. 44 dövlətin nümayəndələri bu konfransda iştirak etdilər. Biz dekabrın 5-6-sı ikinci konfransımızı keçirəcəyik və Qərbi Azərbaycana qayıdış ideyasını təşviq edəcəyik. Konfransda iştirak edən 50-dən çox ölkənin xarici ekspert və rəsmiləri Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri ilə çıxış edəcəklər. Bu konfranslar bizim Qərbi Azərbaycana qayıdış hüququmuzun beynəlxalq müstəviyə çıxarılması üçün çox vacib məsələdir. Bu konfrans qayıdış uğrunda mübarizəmizin yeni mərhələsini təşkil edəcək".
Mərahim Nəsib
Seçilən
6
50
oxu.az

10Mənbələr