AZ

"İlham Əliyevdən xahiş etdim ki..." - Polşa prezidenti

"İki həftə əvvəl mənim Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək söhbətim oldu və biz Ermənistanla münasibətlərə dair məsələlər barədə də danışdıq". 

"Unikal" xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Ermənistana rəsmi səfərindən sonra səfərin yekunlarına dair açıqlamasında deyib. 

Polşa prezidentinin sözlərinə görə, o, Azərbaycan lideri ilə Ermənistana getməmişdən əvvəl telefon danışığı aparıb: "O zaman mən Prezidentə Ermənistana rəsmi səfərə gedəcəyimi dedim və ondan xahiş etdim ki, burada son vaxtlar həll edilmiş münaqişə məsələlərinə öz nöqteyi-nəzərini bildirsin". 

Duda Aİ-nin müşahidə missiyasının rolundan da danışıb: "Missiya gəlməmişdən əvvəl və ya missiyanın gəlişi zamanı baş verənləri və indi əldə etdiklərimizi müqayisə etsək, aydın olur ki, davamlı atəşlə üzləşdiyimiz bir çox yerlərdə, ilk növbədə infrastrukturda, atəş dayandırılıb. Aİ nümayəndələrinin həmin yerlərə daimi gəlməsinə görə, ən azından bu baxımdan missiyanın uğurlu alındığını söyləmək olar. biz bu missiyada iştirak edirik və bu missiyada təmsilçilərimizin sayını artırmağı düşünürük". 

Ağarza Elçinoğlu 

Seçilən
6
1
unikal.az

2Mənbələr