AZ

Dövlət başçısı Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məkubu ünvanlayıb.

 

Pravda.az-ın məlumatına görə, mətndə deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram.

 

İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

 

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Tarix: 28 Noyabr 2024, 11:40   
Seçilən
6
32
pravda.az

10Mənbələr