AZ

"Hizbullah razılaşmanı pozarsa..." - İsrailli nazirdən sərt XƏBƏRDARLIQ

\"Hizbullahın razılaşmanı pozmaq cəhdləri davam edərsə və Livan hökuməti üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, İsrail sərt cavab verməyə hazırdır”.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
 
Katz \"Müdafiə məhdudiyyətlərinin götürülməməsi, o cümlədən Qaliley və şimal bölgələrində həyatın normala dönməməsi qərarı zəruri ehtiyat addımı və İsrailin razılaşmanı həyata keçirmək əzmi ilə bağlı açıq mesajdır\" - deyərək həyəcan siqnalı verib.

Təslim olmayacaqlarını vurğulayan nazir İsrail xalqının təhlükəsizliyindən güzəştə getməyəcəklərini də əlavə edib.
 
Xatırladaq ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması dünən Bakı vaxtı ilə saat 04:00-da qüvvəyə minib.
 
Mikayıl
Seçilən
5
azxeber.com

1Mənbələr