AZ

"COP29-da qarşıya qoyulan hədəflərə nail olundu" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29 Azərbaycanda yüksək səviyyədə keçirildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, bütün maneələrə, Fransa və Qərb dövlətlərinin, Avropa İttifaqının nümayəndələrinin səylərinə baxmayaraq bu tədbir yüksək səviyyədə baş tutdu: "Azərbaycanın ev sahibliyi və təşkilatçılığı yüksək səviyyədə dəyərləndirildi. BMT Baş katibi tərəfindən, bir çox dövlət rəhbərləri tərəfindən Azərbaycana məhz bu təşkilatçılıq üçün təşəkkür edildi. Bu tədbirdə həddindən artıq dövlət və hökumət başçıları iştirak etdilər ki, bu da olduqca ciddi bir nəticədir.

Bundan başqa COP29-da qarşıya qoyulan hədəflərə nail olundu. 2035-ci ilə qədər ekoloji tarazlığın saxlanması və temperaturun 1.5 dərəcə səviyyəsində saxlanması üçün həyata keçiriləcək işlərin görülməsi üçün 300 milyard dollarlıq maliyyə qaynaqları müəyyənləşdirildi. Bununla bağlı razılaşma əldə edildi ki, bu da olduqca böyük bir nəticədir. Əvvəlki COP-lardan fərqli olaraq bu tədbirdə daha konkret məsələlər müzakirə edildi. Real nəticələr əldə olundu.

COP-un yüksək səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına səbəb oldu. Azərbaycan daha yaxşı tanıdıldı. Bu tədbirlərdə iştirak üçün ölkəmizə 76 min iştirakçı gəldi. Bu da çox böyük rəqəmdir. Həm siyasi baxımdan, həm turizm, həm də beynəlxalq nüfuz baxımından bu tədbirin Azərbaycan üçün faydaları çox oldu. Azərbaycan öz nüfuzunu daha da artırdı. Bütün maneələrə baxmayaraq yüksək səviyyəli bir tədbir keçirməyə nail olduq".

Müəllif: Söylü Ağazadə
Seçilən
17
1
sia.az

2Mənbələr