AZ

Bu tarixlərdə güclü maqnit qasırğası olacaq - Əhalinin NƏZƏRİNƏ!

“Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”.

 

Bu barədə Sfera.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, proses Günəşdə alışmalar hesabına baş verəcək.

 

“Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 - güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır.  Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq. Noyabrın 28-də gecə saatlarından başlayaraq 29-u saat 12.00 radələrinədək G1 (mülayim) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir. Həmin dövrdə geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq şkala ilə 4-6 intervalında olacaq”.

 

Məlumata görə, noyabrın 29-u axşam saat 18.00-dan sonra geomaqnit səviyyə normal fon səviyyəsinə düşəcək. 

 

Günay 

Seçilən
15
27
sfera.az

10Mənbələr