AZ

Macarıstanda Ermənistan səfirliyi açılacaq

Ermənistan höküməti Macarıstanda səfirlik açmaq barədə qərar verib...

Poliqon xəbər verir ki, müvafiq qərar noyabrın 28-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Əsasnamədə bildirilir ki, 2022-ci il dekabrın 1-də Lodz şəhərində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyyarto arasında görüş keçirilib və bu görüşdə diplomatik münasibətlərin tam bərpası barədə razılıq əldə olunub.

Qeyd edilir ki, iki ölkə arasında diplomatik münasibətlərin bərpasından sonra fəal siyasi dialoq aparılır və çoxsahəli ikitərəfli gündəm mövcuddur.

“Macarıstan Aİ üzvü olan Ermənistan üçün böyük əhəmiyyət kəsb edir. Ermənistan-Macarıstan əməkdaşlığı RA-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi və Şərq Tərəfdaşlığı çərçivəsində də inkişaf üçün böyük potensiala malikdir”, deyə qərarda bildirilir.

Xatırladaq ki, Mirzoyanın bu il mayın 6-da Macarıstana səfəri zamanı paytaxtlarda qarşılıqlı səfirliklərin açılması barədə razılıq əldə olunub.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr