AZ

Törətmədiyi cinayətə görə həbs olunmuş şəxs təzminat ala bilmədi

ABŞ-də illərdir törətmədiyi cinayətə görə Massaçusets həbsxanasında 27 ildən çox həbs yatmış Maykl Sullivan adlı şəxs 2013-cü ildə yeni DNT texnologiyası günahsızlığını sübut etdikdən sonra sərbəst buraxılmışdı.

“Cebheinfo.az” xəbər verir ki, Sullivanın bu ayın əvvəlində ştatdan 13 milyon dollar təzminat almaq hüququ olsa da, Massaçusets qaydaları "səhv hökm" üçün mükafatı maksimum 1 milyon dollarla məhdudlaşdırır.

Həbsxanada olarkən anasını və 4 bacı-qardaşını itirdiyini deyən Sullivan "Pul heç vaxt itirdiyim illərin əvəzini verməyəcək” deyib.

Seçilən
7
cebheinfo.az

1Mənbələr