AZ

"Tiktok"dan mühüm addım: Süni intellekt aktivləşəcək

Gənclərin psixi sağlamlığını qorumaq üçün \"TikTok\"dan mühüm addım atılıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni reqlamentə əsasən, 18 yaşından kiçik istifadəçilər bir çox gözəllik filtrlərindən istifadə edə bilməyəcəklər.
 
Digər tərəfdən, 13 yaşdan kiçik istifadəçilərin platformaya daxil olmasının qarşısını almaq üçün süni intellektə əsaslanan doğrulama sistemləri də aktivləşdirilir. 
 
Bununla yanaaşı, \"TikTok\" platformanı 13 yaşdan kiçik istifadəçilərə bağlamaq üçün də tədbirlər görəcək.
 
Belə ki, süni intellektlə yaş yoxlama sistemlərini sınaqdan keçirən şirkət ilin sonuna kimi saxta yaş ifadələrini aşkar etmək üçün avtomatik sistemlər təqdim edəcək. Səhv bloklanmış istifadəçilər apellyasiya şikayəti verə biləcəklər.

\"TikTok\"dan başqa digər platformalar da təhlükəsizlik tədbirlərini artırır. Roblox azyaşlı istifadəçilərin zorakı məzmuna girişini məhdudlaşdırsa da, Instagram valideynlərə uşaqların hesablarına nəzarət etməyə imkan verən yeni funksiyalar təqdim edib.

Mikayıl
Seçilən
22
azxeber.com

1Mənbələr