Bakı. Trend:
Latviya və Azərbaycan arasında əməkdaşlıq potensialı mövcudsəviyyəni əhəmiyyətli dərəcədə üstələyir.
Trend xəbər verir ki, bunuLatviyanın Azərbaycandakı səfiri Edqar Skuya Bakıda"Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusundakeçirilən tədbir çərçivəsində bildirib.
"Bu, Bakıda biznes nümayəndə heyətimizin fəaliyyət göstərdiyiüçüncü gündür və son dərəcə məhsuldar oldu. Biz çoxlu əlaqələrqurmağa, məzmunlu müzakirələr aparmağa müvəffəq olduq. Əminəm ki,bu görüş olduqca əhəmiyyətli idi. Biz müxtəlif institutlardan vətəşkilatlardan dəyərli məlumatlar və faydalı biliklər əldə etdik.Paralel olaraq, B2B görüşlər və əlaqələrin qurulması davam edir.Əminəm ki, Latviya və Azərbaycan arasında əməkdaşlıq potensialı,həm biznesdə, həm də ticarət və birgə layihələrdə mövcud səviyyəniəhəmiyyətli dərəcədə üstələyir. Bizim artıq ixrac kimi ənənəvisahələrimiz mövcuddur, lakin məncə, biz daha irəli getməliyik", —deyə səfir vurğulayıb.
O qeyd edib ki, Azərbaycan təsirli irəliləyiş nümayiş etdirir:yeni texnologiyalar fəal şəkildə tətbiq edilir, yaşıl enerji, küləkvə günəş elektrik stansiyaları, eləcə də enerji saxlama sistemləriinkişaf etdirilir.
"Buna görə də, mənim fikrimcə, yeni texnoloji imkanlara xüsusidiqqət yetirməliyik. Müxtəlif sahələrdə birgə layihələrinperspektivlərini nəzərdən keçirməliyik. Əhəmiyyətli məqam ondanibarətdir ki, biz hər iki tərəfin — Latviya biznes icmasının vəAzərbaycan üçün cəlbedici ola biləcək istiqamətlərin maraqlarınınəzərə almağa çalışırıq. Bu yanaşma hər iki ölkənin və onlarınsahibkarlarının maraqları naminə hərəkət etməyə imkan verir", —deyə Edqar Skuya əlavə edib.