AZ

Əsədə qarşı böyük əməliyyat: Hələb çökmək üzrədir

İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşmasının türkiyəyönlü qüvvələrin yardımı ilə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi silahlılara qarşı əməliyyatının detalları bəlli olub.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində dünəndən bəri “Heyət Təhrir əş-Şam” Hələb ətrafında böyük bir ərazini Suriya qoşunlarından təmizləyib.

Qruplaşma indiyə qədər Aqil təpəsi, Əl-Raqib təpəsi, Kuptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi ilə yanaşı 32 kəndi ələ keçirib.

“Heyət Təhrir əş-Şam”ın ələ keçirdiyi ərazinin 254 kv.km-ə yaxın olduğu bildirilir.

Müxaliflərin hərbi komandanlığı gərgin döyüşlərdən sonra Hələbin 20 km-də yerləşən Urm Əl-Kübra qəsəbəsinin Əsəd qüvvələri və iranlı milislərdən geri aldıqlarını bildirib.

Qeyd edək ki, dünəndən etibarən İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması türkiyəyönlü qüvvələrin dəstəyi ilə Suriya ordusu və İranın dəstəklədiyi silahlılara qarşı böyük əməliyyata başlayıb.

Seçilən
6
1
axar.az

2Mənbələr