"Sumqayıt" basketbol komandası yeni oyunçu transfer edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “kimyaçılar” amerikalı oyunqurucu Demetrius Antonio Kortres Leyki heyətinə cəlb edib. O, son olaraq Belarusun "Borisfen" klubunun formasını geyinib.
25 yaşlı basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
"Neftçi" komandası isə ABŞ-dan basketbolçu Kevion Bleylok ilə yollarını ayırıb.