AZ

Zubir Fransanın tanınmış nəşrinə "Qarabağ"dan danışdı

style='margin-bottom:10px;'>

"Azərbaycanda futbolu sevirlər. Küçədə gedəndə çox adam məni saxlayır. Burada hər hansı gərginliyə, yersiz sözlərə bir dəfə də olsun rast gəlməmişəm".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Fransanın tanınmış "L'Equipe" nəşrinə açıqlamasında bildirib.

Bu gün Bakıda keçiriləcək Avropa Liqasının 5-ci turunun "Qarabağ" - "Lion" matçı ərəfəsində Fransa jurnalistinə danışan 32 yaşlı futbolçu bildirib ki, Bakıda sahilə yaxın ərazidə yaşayır: "Orada Fransada olduğu kimi, ətraf restoranlarla doludur. Həyat gözəldir. Burada hamı sülh şəraitində yaşayır.  Təhlükəsizlik baxımından da hər şey əladır". 

Zubir "Qarabağ" komandası haqda da danışıb: "Klub iddialıdır. Artıq dalbadal 11 ildir ki, Avropa kubokunda yarışır. Bu isə məni həyəcanlandırır. Əsl matç adına oyunları - hansı ki, xoş bir anlar yaşayırsan - dördüncü günü axşamlar olur (Avroliqanın oyunları günü - red.) Mən "Arsenal"a, "Bayer"ə, "Tottenhem"a, "Vilyarreal"a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasınının iştirakçısı olmamışam. İki dəfə "pley-off"da mübarizəni dayandırmışıq. Mən bu anları "Qarabağ"la yaşamaq istəyirəm". 

Seçilən
16
teleqraf.com

1Mənbələr