Şri-Lanka Fəlakətlərin İdarə Edilməsi Mərkəzi daşqınlar nəticəsində 4 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını, 6 nəfərdən isə hələ də xəbər alına bilmədiyi bildirilib.
News24.az xəbər verir ki, baş direktor Udaya Herath mətbuat konfransında daşqınların 230 743 nəfərə mənfi təsir göstərdiyini və 600-dən çox evin dağıldığını açıqlayıb.
Herath bildirib ki, ümumilikdə 165 yardım düşərgəsi yaradılıb.
Məryəm İlhamqızı