AZ

Suriyada savaş qızışdı: qruplaşma Hələbdə 32 kəndi ələ keçirdi, mərkəzə yaxınlaşdı - Rus qırıcılar havalandı (FOTOLAR)

Suriyada prezident Bəşər Əsəd rejiminə müxalif olan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması hökumət qüvvələrinə qarşı hücuma keçib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəfil hücumla HTŞ 32 qəsəbə və kəndi ələ keçirib.

Xəbərdə deyilir ki, toqquşmalarda 75 HTŞ silahlısı ölüb, 10 mindən çox mülki əhali İdlib çölünə sığınıb: "Hazırda Suriyada Hələb əyalətinin kənd yerlərində Bəşər Əsəd rejimi ilə rejim əleyhinə olan silahlı Heyət Təhrir əl-Şam (HTŞ) arasında toqquşmalar davam edir. HTŞ-yə bağlı silahlı qruplar Akil təpəsi, Əl Ragib təpəsi, Küptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, 46-cı Liva və Kefer Beşme, Basartun, Hur, Elkasimiyye, Bele, Sellum, Kefer Bissin, Şeyh Akil, Hırderkal, Acemi, Ürumsuğra, Üveycil kənd və qəsəbələri daxil olmaqla, ümumilikdə 32 bölgəni ələ keçirib. Silahlı qruplaşmalar arrtıq Hələb şəhər mərkəzinin 8 km-nə çatıb. Əsəd rejimi silahlıları qurudan və havadan atıəşə tutur...".

Tahir Şəlvəli

MİA.AZ

Seçilən
18
2
mia.az

3Mənbələr