Antalyada qısqanclıqdan ər 6 uşağının anası olan həyat yoldaşını öldürdükdən sonra təslim olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, əldə edilən məlumata görə, polis bölməsinə gələn P.Abdullah həyat yoldaşı ilə mübahisə zamanı arvadını tapança ilə vurduğunu, silahı evdə qoyub təslim olmaq istədiyini bildirib.
Xəbər verildikdən sonra hadisə yerinə polis və 112 Təcili Tibbi Yardım qrupları göndərilib.
Verilən ünvana gələn qruplar Hale Akbaş Poyrazın öldüyünü müəyyən edib.
Qonşular hadisə yerinə gələn və anasının başına gələnləri öyrənmək istəyən balaca qızı sakitləşdirməyə çalışarkən onun fəryadları ürək parçalayırdı.
Vüsalə İbrahimli