AZ

Bir dəfə aldadan, bir də aldadar? - Ekspertlər CAVABLADI

Tədqiqatlar göstərir ki, romantik münasibətlərdə aldatma keçmişi olan insanlar heç vaxt yeni cinsi partnyor axtarışını dayandırmırlar.

evli olmayan cütlüklərin təxminən 40%-i və evli cütlüklərin 25%-inin münasibətlərində xəyanət problemi yaşadığı müəyyən edilib. 2018-ci ildə aparılan bir araşdırma, keçmişdə həyat yoldaşına xəyanət etmiş insanların yenidən aldatma ehtimalının üç dəfə çox olduğunu ortaya qoyub.

Mütəxəssislər bu vəziyyətə psixologiyada hələ bir ad verilmədiyini, aldatma meylinin genlərlə də izah oluna biləcəyini bildiriblər.

Elm adamları DRD4 VNTR adlı genə sahib insanların partnyorlarını aldatma ehtimalının daha yüksək olduğunu açıqlayıb.

Bu fərdlərdə dopaminə qarşı həssaslığın azalması ilə bağlı bir variantın olması onların məmnunluq hissi üçün daha çox stimullaşdırmaya ehtiyac duymasına səbəb ola bilər. Üstəlik, sözügedən gen dəyişikliyi təkcə aldatma riskini deyil, həm də alkoqol və qumar asılılığı riskini artıra bilər.

Qeyd edək ki, skanlara görə, fırıldaqçılar öz əməllərinin nəticələrinə görə heç bir məsuliyyət hiss etmirlər. Xəyanətdən və pis vərdişlərdən uzaq duran fərdlərdə isə belə görünür ki, bunun əksi doğrudur.

Eyni zamanda, xəyanətin bir bağlılıq problemi olduğunu təkid edən bəzi ekspertlər, aldatma istəyinin ümumiyyətlə maraq, macəra axtarışı, heyranlıq kimi amillərlə izah oluna biləcəyini iddia edirlər.

Bəs siz necə düşünürsünüz, bir dəfə aldadan yenə də aldadar?

Günel Məlikzadə

Seçilən
10
news24.az

1Mənbələr