AZ

Dövlət qurumları işçilərini neçəyə sığortalayırlar? – ƏN BAHALI VƏ UCUZ XİDMƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Azərbaycanda da şirkət və təşkilatların bir hissəsi əməkdaşlarını tibbi sığorta ilə sığortalayırlar. İcbari tibbi sığortadan əlavə olan bu tibbi sığorta işçilər üçün əlavə opsiya və motivasiya vasitəsi sayılır.

Sığorta tenderlərini kimlər udur? - ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR - SİYAHI

FED.az xəbər verir ki, dövlət qurumları sığorta xidmətlərini tenderlə alırlar. Bu ilin əvvəlindən indiyədək 6 qurum öz əməkdaşları üçün sığorta xidməti satın alıb.

Ayrı-ayrı qurumlarda bunun üçün ayrılan vəsaitlər, həmçinin əməkdaş başına düşən sığorta haqqı fərqli olur. 

Mərkəzi Bank əməkdaşlarının tibbi sığortası üçün yüksək məbləğ ödəyən qurum kimi diqqət çəkir. Bank, "Paşa Sığorta" ASC ilə müqavilə bağlayaraq 1 549 nəfər üçün ümumilikdə 818 096 AZN xərcləyib. Hər bir işçinin sığortalanması üçün ortalama məbləğ 528 AZN-ə bərabərdir.

İşçilərin sığortası üçün adambaşına ən yüksək məbləğ isə Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Meqa Sığorta" ASC-nə ödənib. Fond, 85 əməkdaşın sığortası üçün sığorta şirkətinə  46 750 AZN ödəyib, bir işçinin sığorta xidmətinin dəyəri 550 AZN təşkil edib.

Ən aşağı sığorta məbləği "Aztelekom" MMC tərəfindən ödənilib. Bu qurum 203 nəfər işçisini "Qala Sığorta" ASC ilə bağladığı müqavilə əsasında 54 810 AZN-ə sığortalayıb ki, bu da hər bir işçi üçün 270 AZN ayrıldığını göstərir. 

Ümumilikdə, tenderlərdə işçilərin sığortalanmasına ayrılan vəsaitin bir nəfər üçün qiyməti 270 AZN-dən başlayaraq 550 AZN-ə qədər dəyişir.

Qeyd edək ki, tenderlərdə ən çox sifariş alan şirkətlər "Qala Sığorta" ASC və "Meqa Sığorta" ASC olub. Sadalanan sığorta şirkətləri ayrı ayrılıqda iki tenderin qalibi seçilib.

Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə :

Satınalan təşkilatın adı

Satınalma predmeti

Qalibin adı

Təklifin qiyməti

Sığorta xidməti neçə nəfər üçün alınıb ?

1 nəfərin sığortası neçəyə başa gəlir?

Tarix

1

"Baki Telefon Rabitəsi" MMC

Könüllü tibbi sığorta

"Qala Sığorta" ASC

25 920 AZN

96 nəfər

279 AZN

22.11.2024

2

"Aztelekom" MMC

Könüllü tibbi sığorta

"Qala Sığorta" ASC

54 810 AZN

203 nəfər

270 AZN

14.11.2024

3

Mərkəzi Bank

Mərkəzi Bank əməkdaşlarının tibbi sığortalanması xidmətininsatın alınması

"Paşa Sığorta" ASC

818 096 AZN

1 549 nəfər

528 AZN

28.10.2024

4

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" PHŞ

Agentliyin əməkdaşları üçün könüllü tibbi sığorta xidmətinin satın alınması

"Meqa Sığorta" ASC

213 384 AZN

523 nəfər

408 AZN

08.10.2024

5

“Qarabağ Dirçəliş Fondu” PHŞ

İşçilərin könüllü tibbi sığortası və Fondun balansında olan nəqliyyat vasitələrinin “Kasko” sığortası xidmətlərinin satın alınması

"A-Qroup Sığorta Şirkəti" ASC

22 325 AZN

43 nəfər

519 AZN

03.10.2024

6

"Sahibkarlığın İnkişafı Fondu" PHŞ

Tibbi sığorta (Fondun işçilərinin könüllü tibbi sığortalanması) xidməti

"Meqa Sığorta" ASC

46 750 AZN

85 nəfər

550 AZN

16.07.2024

Qeyd edək ki, Azərbaycanda dövlət qurumları və təşkilatları əməkdaşları üçün sığorta xidmətləri üzrə satınalmaları davam etdirirlər və noyabr ayı ərzində 3 tender elan edilib. Tenderlər və detalları aşağıdakı cədvəldə:

Satınalan təşkilatın adı

Satınalma predmeti

Dərc edilmə tarixi

Bitmə tarixi

Ehtimal olunan qiymət

Sığorta xidməti alınacaq adam sayı

1 nəfərin sığortası üçün nəzərdə tutulan məbləğ

1

"Dövlət Dəniz və Liman Agentliyi" PHŞ

Dövlәt Dәniz vә Liman Agentliyinin əməkdaşları üçün könüllü tibbi sığorta xidmətinin satın alınması

18.11.2024 09:57

06.12.2024 10:05

127 760 AZN

268 nəfər

477 AZN

2

Dövlət Neft Fondu

Əməkdaşlar üçün könüllü tibbi sığorta xidmətlərinin satın alınması

15.11.2024 15:27

04.12.2024 18:00

 

155 200 AZN

160 nəfər

970 AZN

3

"Dövlət İmtahan Mərkəzi" PHŞ

Könüllü tibbi sığorta xidmətinin satın alınması

06.11.2024 17:40

02.12.2024 12:00

 

307 600 AZN

800 nəfər

385 AZN

 

Seçilən
10
fed.az

1Mənbələr