AZ

Kiyevə raket hücumu - Əhali metrostansiyalara sığındı

Bu gün səhər saatlarında ruslar Ukraynaya raketlərlə hücum edib. Rusiya aerokosmik qüvvələri Tu-95MS təyyarəsindən Kh-101 raketlərini havaya atıb, raketlər müxtəlif istiqamətlərdən Kiyevə yaxınlaşıb.

Dağıntılar paytaxtın iki rayonunda qeydə alınıb.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində iki nəfər yaralanıb. Onlar yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilir. 

 İnfrastruktur obyektlərinə ziyan vurublar. Yanğın söndürülsə də, yaşayış binasına və iki avtomobilə ziyan dəyib.

Rayonun digər ərazisində fərdi yaşayış evinə, qeyri-yaşayış binasına və anqara ziyan dəyib.

Demək olar ki, gecə yarısı PUA təhlükəsi ilə əlaqədar paytaxtda hava hücumu xəbərdarlığı elan edilib və 9 saat davam edib.

Raketlərdən biri isə Kiyevin Dnepr rayonunda açıq əraziyə düşüb.

Eyni zamanda, Darnitski rayonunda dağıntılar müəssisənin ərazisinə düşüb. Bir neçə yardımçı tikiliyə və yük maşınına cüzi ziyan dəydiyi bildirilir. Xoşbəxtlikdən yanğın olmayıb.

Hücum zamanı metrostansiyaları insanla dolub.

Aytac,

Sitat.info

 

 

Seçilən
9
sitat.info

1Mənbələr