AZ

Ermənistan nüvə təhlükəsizliyini gücləndirir - Avropa Komissiyasından 12 milyonluq dəstək

Ermənistan hökuməti Ermənistan və Avropa Komissiyası arasında “Ermənistanda nüvə təhlükəsizliyi, radiasiyadan mühafizə və radioaktiv tullantıların idarə olunması üçün infrastrukturun gücləndirilməsi” adlı maliyyə sazişini təsdiqləyib. Sazişə əsasən, Ermənistan nüvə təhlükəsizliyi üçün Avropa Komissiyasından 12,9 milyon avro məbləğində dəstək alacaq.

Musavat.com xəbər verir ki, Ermənistanın Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin vəzifələrindən biri nüvə və radiasiya təhlükəsizliyinin tənzimləyici infrastrukturunu Aİ direktivlərinə yaxınlaşdırmaqdır.

Tərəfdaşlıq, həmçinin Ermənistanın Aİ ilə əməkdaşlıq çərçivəsində yaxınlaşma prosesini davam etdirmək öhdəliyini təqdim edir. Müəyyən edilmiş tədbirlərin vaxtında və tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Ermənistan yol xəritəsi hazırlayıb. Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsi artıq Aİ-nin müvafiq direktivlərini nəzərə alaraq yeni nüvə qanunu layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış edib. Sazişdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi üçün Aİ tərəfindən Ermənistana göstərilən yardımın maksimal məbləği 12 milyon 900 min avrodur.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr