AZ

Azərbaycanın dövlət borcunun məbləği açıqlandı

Maliyyə Nazirliyi 1 oktyabr 2024-cü il tarixinə xarici dövlət borcu barədə məlumatları açıqlayıb.

Qeyd edilib ki, 1 oktyabr 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 5.299,1 milyon ABŞ dolları və ya 2024-cü il üzrə proqnozlaşdırılan 121.342,5 milyon manat məbləğində Ümumi Daxili Məhsulun (ÜDM) 7,4 faizini təşkil etmişdir.

Cari ilin ötən dövrü ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2024-cü ilin 1 oktyabr tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.162,1 milyon ABŞ dolları və ya 18 faiz azalmışdır.

1 oktyabr 2024-cü il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 86,1 faiz, avro – 6,1 faiz, yapon yeni – 3,4 faiz, digər valyutalar – 0,7 faiz. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,3 faizini, sabit dərəcə ilə olanlar isə 51,7 faizini təşkil etmişdir. Xarici dövlət borcunun 48,5 faizi 5 ilə qədər olan müddətdə, 44,5 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 7,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.

Seçilən
6
5
marja.az

6Mənbələr