AZ

Suriyada savaş qızışdı: qruplaşma Hələbdə 32 kəndi ələ keçirdi, mərkəzə yaxınlaşdı - Rus qırıcılar havalandı (FOTOLAR)

Suriyada prezident Bəşər Əsəd rejiminə müxalif olan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması hökumət qüvvələrinə qarşı hücuma keçib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəfil hücumla HTŞ 32 qəsəbə və kəndi ələ keçirib.

Xəbərdə deyilir ki, toqquşmalarda 75 HTŞ silahlısı ölüb, 10 mindən çox mülki əhali İdlib çölünə sığınıb: "Hazırda Suriyada Hələb əyalətinin kənd yerlərində Bəşər Əsəd rejimi ilə rejim əleyhinə olan silahlı Heyət Təhrir əl-Şam (HTŞ) arasında toqquşmalar davam edir. HTŞ-yə bağlı silahlı qruplar Akil təpəsi, Əl Ragib təpəsi, Küptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, 46-cı Liva və Kefer Beşme, Basartun, Hur, Elkasimiyye, Bele, Sellum, Kefer Bissin, Şeyh Akil, Hırderkal, Acemi, Ürumsuğra, Üveycil kənd və qəsəbələri daxil olmaqla, ümumilikdə 32 bölgəni ələ keçirib. Silahlı qruplaşmalar artıq Hələb şəhər mərkəzinin 8 km-nə çatıb. Əsəd rejiminə bağlı qüvvələr silahlıları qurudan və havadan atəşə tutur...".

Xəbərdə o da deyilir ki, bölgədə Rusiyanın hərbi bazasında hərəkətlənmə baş verib: "Rusiya hərbi qüvvələri ayağa qaldırılıb. Rus qırıcılar müxaliflərin hücumunu dayandırmaq üçün onların mövqeyini bombalamağa başlayıb".

Tahir Şəlvəli

MİA.AZ

Seçilən
5
2
mia.az

3Mənbələr