Finlandiya 2025-ci ilin əvvəlində Ukrayna ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına başlayacaq. Bu barədə Finlandiyanın Summa Defense müdafiə şirkətinin press-relizində deyilir.
“Müdafiə və təhlükəsizlik texnologiyaları ilə məşğul olan Finlandiyanın “Summa Defense Ltd” şirkətlər qrupu ukraynalı tərəfdaşları ilə birlikdə Finlandiyada pilotsuz uçan aparatların istehsalı zavodu yaradır”, - deyə şirkət vurğulayıb. Zavodun işə düşməsi ilə Ukraynanın müdafiə qabiliyyətinin daha da artacağı gözlənilir.
Oxuməni.az