“Toyota”nın qlobal istehsalı oktyabr ayında azalaraq, ardıcıl olaraq doqquzuncu ayda da geriləyib.

İndex.az xəbər verir ki, “Toyota” açıqlamasında dünya miqyasında 893 min 164 avtomobil istehsal etdiyini və bu rəqəmin ötən ilin eyni ayı ilə müqayisədə 0,8% az olduğunu bildirib.

Qeyd edək ki, sentyabr ayında şirkətin istehsalında azalma 8% olub.