AZ

Borrell sabah postunu təhvil verəcək

Avropa İttifaqı (Aİ) Komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrell cümə günü postunu Estoniyanın keçmiş Baş naziri Kaya Kallasa təhvil verəcək.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən İki dövlətli həll yolunun həyata keçirilməsi üzrə Qlobal Alyansın iclasından əvvəl jurnalistlərə açıqlama verib.

“Bu görüşü keçirmədən Brüsseldəki işimi başa vurmaq istəmədim. Bu, Brüsseldəki son tədbirim olacaq, sabah missiyamı başa vuracağam”,- o qeyd edib.

Xatırladaq ki, noyabrın 27-də Avropa parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyiblər.

Seçilən
13
8
bakivaxti.az

9Mənbələr