Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Yuventus"la 0:0 hesablı heç-heçə edən "Aston Villa"nın baş məşqçisi Unai Emeri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "TNT Sports" onun sözlərini belə çatdırıb:
"Çox şadam, çünki "Yuventus"la başabaş mübarizə apararaq xal qazandıq. "Yuventus"a böyük hörmətlə yanaşırıq, amma qələbəyə oynamağa çalışdıq.
Rəqibi təhlil etmişdik. Onlar yeni komanda qururlar. Çox rəqabətədavamlı kollektividir. "Yuventus"u məğlub etmək çətindir. Bu, hər iki komanda üçün çox gərgin oyun idi.
Hesabımızda üç qələbə, bir heç-heçə və bir məğlubiyyət var. Bu isə o deməkdir ki, hələ səkkiz ən güclü komandadan biri olmaq şansımız var".
Nihat