AZ

Gürcüstan parlamenti Kobaxidzeyə Baş nazir kimi etimad göstərdi

Gürcüstan parlamentinin deputatları Baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökumətə və onun növbəti dörd il üçün proqramına etimad ifadə etmək üçün səs veriblər.

Azpost.info xəbər verir ki, səsvermənin nəticələrinə görə, 84 deputat hökumətə etimad göstərməyə səs verib.

Heç bir deputat qarşı çıxmayıb.

İclasda yalnız hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının nümayəndələri iştirak ediblər. Müxalifət parlament seçkilərinin nəticələrini tanımır və iclaslarda iştirak etmir.

Azpost.info

Seçilən
14
azpost.info

1Mənbələr