AZ

Səudiyyə Ərəbistanına və İndoneziyaya səfər edənlərə xoş xəbər

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında qısamüddətli səfərlər zamanı vətəndaşlar vizadan qarşılıqlı şəkildə azad ediləcək.

Azreform.info xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında baxılacaq.

Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə məsələni müzakirə edərək sənədin qəbul olunmasına səs verəcəklər.

Qeyd edək ki, hər iki anlaşma 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.

Mürtəza
Azreform.info

Seçilən
3
2
azreform.info

3Mənbələr