AZ

“Mançester Yunayted”dən 21,4 milyon funtluq addım

“Mançester Yunayted”in baş məşqçi dəyişikliyinə xərclədiyi məbləğ bəlli olub.

İdman.biz xəbər verir ki, bu, klubun maliyyə hesabatında əksini tapıb.

Premyer Liqa təmsilçisi sabiq baş məşqçisi Erik Ten Haq və köməkçilərinə 10,4 milyon funt sterlinq ödəyib. Onları əvəzləyən Ruben Amorim və portuqaliyalının məşqçilər korpusunun təyinatı isə 11 milyona başa gəlib. Ümumilikdə bu dəyişiklik klubu 21,4 milyon xərcə salıb.

Qeyd edək ki, Amorim “Mançester Yunayted”ə qədər “Sportinq”i çalışdırıb.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr