Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Qərb real çağırışlara və təhdidlərə qarşı birgə çalışmaq əvəzinə, bütün enerjisini saxta problemlərlə mübarizəyə sərf edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "BELTA" sitat gətirib.
Belarus liderinin sözlərinə görə, Qərb ölkələri bu “saxta problemləri” özləri yaradırlar.
“Müasir dünyada bir çox transmilli çağırışlar və təhdidlər var ki, onlarla mübarizə aparıla bilər və edilməlidir. Və yalnız birlikdə”, - deyə Lukaşenko KTMT-nin Astanada keçirilən sammitində bildirib.