AZ

Banklar dollar alışını artırdı - YENİ REKORD

Bu gün Mərkəzi Bankda kommersiya banklarının iştirakı ilə keçirilən növbəti valyuta hərracında tələbdə artım qeydə alınıb. 


Sfera.az xəbər verir ki, hərracda tələb 80,1 milyon dollar olub və tələb tam təmin edilib. 


Bu gün keçirilən hərracla birlikdə noyabr ayında satılan valyutanın həcmi 560,1 milyon dollara çatıb. 


Qeyd edək ki, bugünki tələb noyabrda keçirilən hərraclardakı ən yüksək tələb olub. Noyabrda ən yüksək tələb 77,1 milyon dollar idi. 


Vasif

Seçilən
13
sfera.az

1Mənbələr