AZ

“Ucuzluq Univermağ”a 70 min “atıb” TikTokda xərclədi

Bakıda və bölgələrdə fəaliyyət göstərən “Ucuzluq Univermaq” mağazalar şəbəkəsinin əməkdaşı 2000-ci il təvəllüdlü Nicat Abbasov həbs edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, N.Abbasovun işlədiyi şirkətə məxsus 70 min manata yaxın pulu mənimsəməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Bildirilib ki, Nicat 2021-ci ilin sonunda “Ucuzluq Univermaq” mağazalar şəbəkəsinə işə qəbul olunub. Onun vəzifəsi operator olsa da, mühasibatlıqda işləməyə başlayıb. İşi isə mal aldıqları firma və fərdi sahibkarlara, təchizatçılara ödəniş etməkdən ibarət olub.

Belə ki, Bakı şəhəri üzrə “Ucuzluq Univermaq” adlı mağazalarda malların satışından əldə olunan pulların hamısı bir yerə cəmləşib. Həmin məbləğin müəyyən hissəsi təchizatçının özünə nağd şəkildə verilib. Bir hissəsini isə mühasib nağd olaraq Nicata verib, təchizatçıların müxtəlif banklara aid kartlarının şəkillərini ona göndərib və hansı karta nə qədər pul köçürmək lazım olduğunu bildirib, ayrılan pulları köçürməyi ona tapşırıb. Nicat isə hissə-hissə olmaqla həmin pullardan 70 min manata yaxınını özündə saxlayıb. O, TikTokda jetonlar alaraq, müxtəlif tiktokerlərə 200-300 manat dəyərində hədiyyələr göndərib.

Nəticədə mağazaların sahibi, iş adamı Oruc Quluyevə külli miqdarda ziyan dəyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr tarixli hökmü ilə Nicat Abbasova 6 il həbs cəzası verilib.

Seçilən
30
9
sabah.az

10Mənbələr