AZ

Arvadını boğub öldürənə hökm oxundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 11 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəmədən istəyib.
Müşavirədən sonra Nurəddin Məmmədov haqqında çıxarılan hökm elan edilib və o, 10 il 6 ay azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə qəsəbəsində 2024-cü il mayın 5-də Bakının Ramana qəsəbəsində baş verib. Nurəddin Məmmədov işdən evə gələrkən yataq otağında həyat yoldaşı Ayşənin "WhatsApp"la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları görüb. Bundan sonra aralarında yaranan mübahisə zamanı o, mətbəxdə Ayşəni boğaraq öldürüb.
Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Seçilən
8
oxu.az

1Mənbələr