AZ

Aleksandr Lukaşenko: “Sammitdə Ermənistanın iştirak etməməsi geosiyasi vəziyyəti xarakterizə edir”

KTMT-nin Astanada keçirilən sammitində Ermənistan nümayəndəsinin iştirak etməməsi regionda mövcud geosiyasi vəziyyəti xarakterizə edir.

KONKRET.az  xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko sammitdə çıxışı zamanı deyib: “Bu gün birinci çıxış etmək şərəfinə nail oldum, çünki bizim erməni həmkarlarımız görüşdə iştirak etmirlər. Yeri gəlmişkən, bu, regiondakı hazırkı geosiyasi vəziyyəti və müəyyən dərəcədə bizim təşkilatımızı xarakterizə edir ”. Onun fikrincə, KTMT Avrasiyada hərbi-siyasi sütunlardan birinə çevrilməli və bütün regional təhlükəsizlik gündəliyi üçün trend müəyyən etməlidir: “ Mövcud problemlərin həllinin və effektiv təhlükəsizlik mexanizmlərinin yaradılmasının açarı müxtəlif xalqların birgə həyatı, mədəniyyətlərin və sivilizasiyaların bir-birinə nüfuz etməsinin min illik təcrübəsi olan Avrasiyamızdadır. KTMT Avrasiya qitəsinin formalaşmaqda olan təhlükəsizlik arxitekturasının hərbi-siyasi sütunlarından birinə çevrilməli, bütün regional təhlükəsizlik gündəliyi üçün tendensiya təyin etməlidir ” , – deyə Belarus lideri bildirib . Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, KTMT-nin fəaliyyəti ölkənin suverenliyinə təhlükə yaradır və bu, respublikanın təşkilatın işində iştirakının dayandırılmasına səbəb olub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən təhlükəsizlik forumunda qeyd edib ki, İrəvan KTMT-dən mümkün çıxma ilə bağlı riskləri nəzərdən keçirir, lakin Ermənistan hələ də çıxmaqla bağlı yekun qərar qəbul etməyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
2
konkret.az

3Mənbələr