AZ

Öldü bilinən kişi dirildi - Az qala yandırılacaqdı...

Hindistanın Rajasthan əyalətində baş verən hadisə insanları heyrətə salıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı Rohitash Kumar, epilepsiya tutmasından sonra xəstəxanaya aparılıb və orada həkimlər onun ürəyinin dayandığını təsdiqləyərək öldüyünü elan ediblər.

Meyiti ənənəvi Hindu qaydalarına uyğun olaraq yandırılmaq üçün hazırlanıb.

Yandırılma mərasimi başlamazdan əvvəl, şahidlər Rohitash Kumarın hərəkət etdiyini və yaşadığını aşkar ediblər. Bu hadisə mərasimdə iştirak edənləri şoka salıb. Şahidlərdən biri bu anı belə təsvir edib: "Tamamilə möcüzə idi. Hamımız şok içində idik. Ölü elan edilmişdi, amma nəfəs alırdı və sağ idi".

Rohitash dərhal tibbi müdaxilə üçün xəstəxanaya aparılıb. Lakin möcüzəvi qurtuluş qısa müddətli olub. O, xəstəxanaya gedən zaman yolda həyatını itirib.

Bu hadisə, həm səhiyyə sistemindəki çatışmazlıqları, həm də insan bədəninin möcüzəvi təbiətini bir daha gündəmə gətirib. 

Hadisədən sonra məsuliyyətsizliyə görə həmin həkimlər işdən çıxarılıb.

Fidan
Milli.Az

Seçilən
11
milli.az

1Mənbələr