AZ

deyişecek

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyanın Hələb bölgəsində Bəşər Əsəd rejimi və ona qarşı çıxan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması arasında toqquşmalar baş verib.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, qarşıdurmalar zamanı qruplaşma 32 bölgəni ələ keçirib.
Səhər saatlarında başlayan qarşıdurmalar zamanı HTŞ-yə bağlı silahlı qruplar Əsəd rejiminin nəzarətində olan, Hələbin qərb hissəsindəki Akil təpəsi, Ər-Ragib təpəsi, Kuptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, Basartun, Hur, Elkasimiyye, Acil, Bele, Sellum, Kefer Bissin, Şeyh Akil, Hırderkal, Acemi, Ürumsuğra, Üveycil kəndlərini və s. əraziləri tutublar.
Həmçinin 75 HTŞ silahlısının öldüyü bildirilib. Bölgədən qaçan 10 min dinc sakin isə İdlib çölünə sığınıb.
Qeyd edilib ki, "Heyət Təhrir əş-Şam" qruplaşmaları Hələb şəhər mərkəzinin 8 kilometr yaxınlığına qədər gəlib, toqquşmalar davam edir. HTŞ-nin nəzarət altına aldığı bölgə 138 kvadrat kilometr ərazini əhatə edib.
Seçilən
15
oxu.az

1Mənbələr