AZ

Fransada həmkarlar ittifaqları yenidən tətil elan ediblər

Bakı. Trend:

Fransada həmkarlar ittifaqları dekabrın 11-dən yeni, davamlı vəmüddətsiz tətilə başlamaq niyyətlərini bəyan ediblər. Məktəbtətilinə təxminən on gün qalmış ölkədə vəziyyət yenidəngərginləşir. Həmkarlar ittifaqları 2025-ci il yanvarın 1-dəBrüsselin tələbi ilə “Fret SNCF”nin iki quruma – “Hexafret”ə və“Technis”ə bölünərək yox olmasına etirazlarını bildirməkniyyətindədirlər. Bu planın Fransa hökuməti və Avropa Komissiyasıtərəfindən 5000 nəfərin işlədiyi şirkətin ləğvinə gətirib çıxaracaqrestrukturizasiya prosedurundan qaçmaq məqsədi daşıdığıbildirilir.

Trend xəbərverir ki, bununla həmkarlar ittifaqları rəhbərliklə və hökumətləgörüşdən əvvəl təzyiq göstərmək istəyirlər.

SNCF-nin məlumatına görə, “Fret SNCF” işçilərinin ixtisaredilməməyəcəyinə əmin olmaq, bu işçilərin iki yeni şirkətəköçürülməsi üçün sosial şərtləri müzakirə etmək istəyir.

Həmkarlar ittifaqları moratorium əldə edə bilməsə, tətilqaçılmaz olacaq. Moratoriumun əldə edilməsinə isə şansın az olduğuaydındır. Bildirilir ki, “Fret SNCF”i ləğv etmək qərarı Brüssel vəFransa arasında razılaşmadan irəli gəlir. Sadə dillə desək, Fransahökumətini 5 milyard avroluq cərimə gözləyir. Ona görə də onun burazılaşmaya “yox” deməyə heç bir real marağı yoxdur.

Həmkarlar ittifaqları öz mövqeyini dəyişmək üçün AvropaKomissiyasında heyət dəyişikliyinə ümid edir, lakin bu da çətingörünür.

Hazırda əməkhaqqı ilə bağlı məcburi illik danışıqlar aparılırki, bu da istər-istəməz sosial mühiti gərginləşdirir. Rəhbərlik2025-ci il üçün 1,5% səviyyəsində gözlənilən inflyasiyadan daha çox- 2,2% artım təklif edir. Həmkarlar ittifaqlarının qərar verməküçün noyabrın 29-dək vaxtları var.

Seçilən
50
43
az.trend.az

10Mənbələr