AZ

"Kiyev rejiminin orduya əmr verməyə haqqı yoxdur" - Putin

Ukrayna hakimiyyəti hazırda tamamilə qeyri-legitimdir, onların Ukrayna ordusuna əmr verməyə haqqı yoxdur.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində deyib.

Putin vurğulayıb ki, indiki "Kiyev rejiminin rəhbərləri qəsbkardırlar". 

Bundan əvvəl Britaniyanın “The Economist” jurnalı Ukraynada prezident seçkilərinin 2025-ci il mayın 25-də keçirilməsinin planlaşdırıldığını yazmışdı. Eyni zamanda, nəşrə görə, Zelenskinin ofisi qarşıdan gələn seçki kampaniyasına hazırlaşdığını inkar edir və “əksər mənbələr bunun baş tutacağına şübhə ilə yanaşır”.

Gülayə Mecid

Seçilən
15
14
unikal.az

10Mənbələr