AZ

Paralimpiya çempionu Lamiyə Vəliyeva Cənubi Afrikalı idmançı ailə qurur

İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva ailə qurmağa hazırlaşır.

İdman.biz portalının məlumatına görə, 22 yaşlı para-idmançı Cənubi Afrika Respublikasından olan idmançı ilə ailə həyatı quracaq. Dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub. Lakin cütlüyün hələlik toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.

Onun atası Rövşən Vəliyev bu məlumatı təsdiqləyib və qızının Cənubi Afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını bildirib.

Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında bir qızıl və bir gümüş medal qazanan Lamiyə Vəliyeva bu uğurunu Paris-2024-də də təkrarlayıb.

Seçilən
12
24
oxumeni.az

10Mənbələr