Son olaraq İngiltərə Premyer Liqa təmsilçilərindən "Çelsi" və "Everton"un baş məşqçiliyini edən Frenk Lempard yenidən futbola qayıdıb.
Apasport.az xəbər verir ki, ingilis mütəxəssisin yeni komandası artıq bəllidir.
Frenk bundan sonra İngiltərə Çempionşip klublarından "Koventri"nin baş məşqçi postunda olacaq.
Klubdan verilən açıqlamada 46 yaşlı məşqçi ilə 2 il yarımlıq müqavilə imzalandığı bildirilib.
Lempard şənbə günü "Kardif"ə qarşı keçiriləcək çempionat matçında yeni komandasıyla ilk matçına çıxacaq.
“İnter Mayami”dən Suares qərarı
Yamala növbəti mükafat
Kolo Muani “Arsenal”ın hədəfində
Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
"Mançester Yunayted" "Milan"ın müdafiəçisini istəyir