AZ

Veteran müavinətinə iqtisadçıdan REAKSİYA

2025-ci ilin dövlət büdcəsində sosialyönlü xərclər üçün 16 milyard 909,7 milyon manat ayrılması planlaşdırılır.
Kommunalların, ərzağın bahalaşdığı bir dövrdə veteranlara ayırılan müavinət nə qədər arta bilər? 80 manat nəyə yetər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, hər zaman müsahibələrimdə çıxışlarımda qeyd etmişəm. İstər təqaüd istər minimum əmək haqqı qalxmamışdan qabaq digər sektorlara nəzarəti gücləndirmək lazımdır. Misal üçün əmək haqqı və ya müavinət qalxmayıb 1 ay qabaqdan söhbətlər gedir sadəcə.

Ekspertin sözlərinə görə, artıq hər şeyin xüsusi ilə zəruri ehtiyac mallarının qiyməti qalxıb.

“Veteranlara verilən müavinətə qaldıqda bu məbləğ olduqca azdır. Artırılmasına ehtiyac var. Lakin bununla yanaşı onların sosial yaşayışı da nəzərə alınmalıdır. 5 manat ən yaxşı halda 10 manat qalxsa belə bu onların gündəlik tələbatını qarşılamır. Müharibə ölkəsində yaşayırıq, hər an döyüş ola bilər. Veteranların sosial şəraitinin yaxşılaşdırılması eyni zamanda gənclərdə vətənpərvərliyə təşviq və döyüş ruhunun yüksəldilməsi naminə sözün əsl mənasında bu insanlara sahib çıxılmalıdır. Onun üçün də müavinətlərlə yanaşı təklif edərdim ki, müxtəlif sahələrdə güzəşt tətbiq edilsin.
Avtobus, metro, qatar, təyyarədə müəyyən faiz güzəştlər və ya dövlət səviyyəsində qeyd edilən bayramlarda şəhərlərarası daşınmalarda tamamıilə pulsuz gedişhaqqı olmalıdır.
Yeni avtomobil və ya ev aldıqda 2%, 5% arası vergi güzəşti edilməlidir.

Kommunal xidmətlər onlar üçün tətbiq olunmuş xüsusi tariflə hesablanmalıdır.
Hər ay ərzaq yardımı olması məqsədə uyğun olardı.
Əslində ən böyük problem hal hazırda onların işsizlik problemidir. Hansı sosial şəbəkəni açırsan veteran, qazi iş istəyir. Metroların ətrafında vəsiqəsini göstərib kömək istəyirlər. Bugün onların normal işi olsa aldıqları kiçik müavinəti də orduya bağışlayarlar ki, vətən sağ olsun”.

Dəniz

Seçilən
10
tribunainfo.az

1Mənbələr