AZ

Akif Nəsirli: “Ət idxalına məhdudiyyət daxili bazara təsir etməyəcək”

Azərbaycana bir neçə ölkədən idxal edilən ətə məhdudiyyət qoyulub. Siyahıda Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarının adı var. İdxala məhdudiyyətə səbəb  adı çəkilən ölkələrin müxtəlif regionlarında heyvanlar arasında dabaq, blutanq, nodulyar dermatit, yüksək patogen quş qripi xəstəliyinin yayılmasıdır.

İqtisadçı Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, ölkəmizə ət əsasən Hindistan, Braziliya, Belarusdan, ən çox qoyun əti isə Monqolustandan idxal edilir. Ekspert daha sonra əlavə edib ki, idxal məhdudiyyətlərinə baxmayaraq Azərbaycanın ət bazarı korluq çəkməyəcək:

“Ət idxalına qoyulan qadağa böyük seqmentə malik deyil. Ona görə də, qadağan edilən ölkələrin əvəzinə digər bölgələrdən ət idxal etmək olar. Hazırkı ət idxal etdiyimiz regionlardan sadəcə  idxalın həcmini  artırmaq lazımdır. Azərbaycanda ət idxalı baxımında heç bir problem yaranmayacaq və daxili bazara heç bir təsiri olmayacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr