AZ

“Xristianlar dünyanın sonundan qorxmurlar” – Rusiya Patriarxı da “qan-qan” deyir

Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill deyib ki, xristianlar dünyanın sonunun gəlməsindən qorxmurlar və nüvə silahı ətrafında qorxu yaratmağa ehtiyac yoxdur.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Patriarxı bu fikirləri XXVI Ümumdünya Rusiya Xalq Şurasının plenar iclasındakı bəyanatında deyib.

Kirill hesab edir ki, rusiyalılar “tanrının döyüşçüləri” olmalıdırlar: “Mümkün apokaliptik ssenarilər ətrafında qorxu qızışdırmaq, həddindən artıq həyəcan təbili çalmaq və nüvə mövzusunda spekulyasiya etmək mənəvi baxımdan faydalı deyil. Mənəvi dünyadan məhrum olan bir insanı manipulyasiya etmək daha asandır... Xristianlar dünyanın sonundan qorxmurlar. Biz tanrı İsanı gözləyirik, o böyük izzətə çatacaq, pisliyi məhv edəcək və bütün xalqları mühakimə edəcək. Bizim yer üzündəki vəzifəmiz Rəbbin döyüşçüləri olmaq, pisliyə müqavimət göstərmək və yüksək mənəvi idealları müdafiə etməkdir. Rusiyanın hədəfi budur”.

Qeyd edək ki, Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanğıcından bəri Rusiya dəfələrlə müxtəlif "qırmızı cizgilər" elan edib və onların keçilməsinə nüvə silahı ilə cavab veriləcəyini bildirib. Lakin bu “cizgilər” artıq dəfələrlə pozulub və pozulmaqda da davam edir.

“AzPolitika.info”

Seçilən
9
2
azpolitika.info

3Mənbələr