AZ

Sumqayıtın şəhər statusu almasının 75 illiyi qeyd olunub

1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıtın 75 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. Ötən gün şəhərdə keçirilən tədbirdə Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Bayram təbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Sumqayıtın 75 illik dövrünü əhatə edən film nümayiş etdirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında Sumqayıt sakinlərini təbrik edib, şəhərin status almasından danışıb. Bildirib ki, Sumqayıt ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə özünün tərəqqi və dirçəliş dövrünü yaşayıb. Hazırda bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, müxtəlif illərdə Sumqayıta rəhbərlik etmiş Rasim Eminbəyli, Eldar İsmayılov və Şakir Abuşov, Vətən müharibəsi şəhidi Anar Şükürovun anası Emma xanım və digərləri şəhər sakinlərini təbrik edib, Sumqayıtın uğurlarından söz açıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Seçilən
18
xalqqazeti.az

1Mənbələr