Finlandiyanın “Summa Defence” müdafiə-sənaye şirkəti Ukrayna Silahlı Qüvvələri və NATO-nun ehtiyacları üçün PUA istehsalı üzrə zavod açmağa hazırlaşır.
Azpost.info xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Dronlar üçün texnologiya və istehsal gücünə ehtiyac böyükdür. Pilotsuz təyyarələr təkcə Ukraynaya deyil, həm də Avropa İttifaqı və NATO ölkələrinə tədarük ediləcək. Pilotsuz təyyarələr mülki təhlükəsizlik, müdafiə və digər sahələrdə kritik funksiyaları qoruyaraq cəmiyyətin ayrılmaz hissəsinə çevriləcək”, – şirkətin baş direktoru Yussi Holopainen bildirib.
Onun sözlərinə görə, dronların istehsalına 2025-ci ilin əvvəlində başlanılması planlaşdırılır. Gələcəkdə müəssisə təkcə təyyarələr deyil, həm də yerüstü və dəniz pilotsuz uçan aparatları istehsal edəcək.
Azpost.info