AZ

Malayziyada DAŞQINLAR: 51 mindən çox insan...

Malayziyada həddindən artıq yağıntıların yaratdığı daşqınlar və torpaq sürüşmələri fəsadlara səbəb olub.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 51 mindən çox insan təhlükəsiz bölgələrə köçürülüb.

Belə ki, Malayziyadakı dəmiryol operatoru daşqın və sürüşmələrin qatarların hərəkətini dayandırdığını bildirib.

Həmçinin, ərazidə sel və daşqından zərər çəkmiş 18 məktəbdə tədrisin dayandırıldığı açıqlanıb. O cümlədən, 41 məktəb təhlükəsiz yardım mərkəzinə çevrilib.

Əli Hüseynov

 

 

 

Seçilən
15
1
bakivaxti.az

2Mənbələr