AZ

Müğənni Dəniz Əsədova: Vəkil Ceyhun Yusifovla Asim Abbasov pulumu mənimsəyib – Mənə deyir jurnalistləri çağır, get Baş Prokurorluğun qarşısında özünü, qandalla etiraz et

“Vəkillər kollegiyasının üzvləri Ceyhun Yusifov və Asim Abbasov tərəfindən dələduzluğa məruz qalmışam, mənə hüquqi yardım etmək üçün hər iki vəkillə müqavilə bağladım, 79 min 500 manat ödəniş etdim, mənə isə heç bir huququ yardım etmədilər.

Avropa.info xəbər verir ki,bu sözləri “Azərbaycan Reallığı”na müğənni Dəniz Əsədova deyib. O, bildirir ki, vəkil Ceyhun Yusifov ondan pulu alandan sonra məhkəmə işini onun xeyrinə həll edəcəyi bağlı yalan vəd verib.

“Dedi səni qalib edəcəm, mənim əlimdə zərər çəkmişliyim barədə kifayət qədər faktlar var, haqqımı tələb edəndə isə mənə deyir jurnalistləri çağır, əlinə qandal bağla, get baş prokrorluğun qarşısına, orada etiraz et. Qollarını doğra, jurnalistlər də çəkib ictimailəşdirsin.

Mən də etiraz etdim, dedim mən tanınmış adamam bunu necə edə bilərəm? Deyir döyüşmək istəyirsənsə döyüşmək belə olur. Mənə deyir ki mən arvadımı bıçaqladım, mənə qarşı olan cinayət işini belə xitam etdirdim.

Özümü ipdən asıb şəkilləri göndərdim hüqüq-muhafizə orqanlarına, onlar da işə belə xidam verdi. Mənə dediyi sözlərin hamısının sübutu, faktı əlimdədir”.

Müğənni bildirib ki, məsələ ilə bağlı Baş prokurorluğa məlumat verib: 

“Bütün danışıq sübutları məndədir. Bu adamlar məhkəmə işlərimə çıxmır, bir müqaviləni mənimlə 10 min manata bağlayıblar, heç işimin mahiyyəti nədir onu da bilmirlər. Aidiyyəti qurumlara mənim özüm gedirəm,  özüm ərizələr yazıram, özüm vəsadətlər verirəm.
Yalandan deyir vəsadətlər vermişəm, heç bir vəsadət verilməyib, heç bir iş görülməyib.” deyə şikayətçi Dəniz Əsədova bildirib. (İstinad: Avropa.info)
Seçilən
23
1
veteninfo.az

2Mənbələr