AZ

Mərkəz: Sadıq Zərbəliyevin bu gün xəstəxanadan evə buraxılması planlaşdırılır

Azərbaycanın tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyevin bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

Bu barədə Xətai Tibb Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Xalq artisti noyabrın 15-də Mərkəzin Reanimasiya şöbəsinə qəbul edilib.

“Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin edilib. Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda vurğulanıb.

Seçilən
15
2
apa.az

3Mənbələr